Bank Of Baku

Qanında psixotrop dərman aşkarlandığı iddia edilən bağçaya gedən uşaqla bağlı məsələyə münasibət bildirilib - YENİLƏNİB

Qanında psixotrop dərman aşkarlandığı iddia edilən bağçaya gedən uşaqla bağlı məsələyə münasibət bildirilib - <süpan class="red_color">YENİLƏNİB
# 01 sentyabr 2026 15:47 (UTC +04:00)

Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlanması iddiası aidiyyəti üzrə araşdırılır.

APA-nın məlumatına görə, məsələ ilə bağlı ərazi polis şöbəsində təhqiqat araşdırması aparılır.

Emin Şirvanzadə

***

15:03

Sosial şəbəkələrdə Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı ilə bağlı iddialar yayılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq, bildirilib ki, qeyd edilən məsələ ilə bağlı BŞTİ tərəfindən müvafiq araşdırma aparılır.

Qeyd edilib ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Həmçinin məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi vurğulanıb.

İddiaya görə, bağçaya gedən uşaqğın hərəkətlərində anlaşılmazlıq hiss edildikdən sonra ailəsi həkimə müraciət edib və analizlərin cavabına əsasən, onun qanında psixotrop dərman aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR