Qaradağda maşın piyadanı vuraraq öldürüb.
APA xəbər verir ki, hadisə Abşeron Ticarət Mərkəzinin qarşısında baş verib.
Belə ki, İbrahim İbrahimov idarə etdiyi “Vaz-21154” markalı avtomobillə hərəkətdə olarkən piyada 1946-cı il təvəllüdlü Əfsər Əhmədovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxana çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.