Bank Of Baku

Qaradağda mənzildə yanğın olub

Qaradağda mənzildə yanğın olub
# 15 aprel 2023 13:48 (UTC +04:00)

Bakı şəhərinin Qaradağ rayonunda doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd paltaryuyan maşın və mətbəxin pəncərəsi qismən yanıb.

APA FHN-in saytına istinadən xəbər verir ki, yüksək temperaturdan lambirdən ibarət tavan 1 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR