Bank Of Baku

Qaxda avtomobil 65 yaşlı qadını vurub

Qaxda avtomobil 65 yaşlı qadını vurub
# 14 aprel 2023 19:24 (UTC +04:00)

Qaxda avtomobil piyadanı vurub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Qax şəhərinin Azərbaycan prospektində baş verib. Rayon sakin Sevinc Şıxamirovanın idarə etdiyi "KİA" markalı avtomobil səkidə hərəkət edən şəhər sakini, 1958-ci il təvəllüdlü Nərminə Zeynal qızı Ömərovanı vurub.

Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə Qax Mərkəzi rayon xəstəxanasına çatdırılıb və cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR