Bank Of Baku

Qaxda dələduzluq edərək 25 baş iribuynuzlu heyvanı ələ keçirən şəxs saxlanılıb

Qaxda dələduzluq edərək 25 baş iribuynuzlu heyvanı ələ keçirən şəxs saxlanılıb
# 11 yanvar 2025 13:11 (UTC +04:00)

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 36 yaşlı İsmayıl Süleymanov saxlanılıb.

O, zərərçəkənin etibarından sui-istifadə edərək həmin şəxsə məxsus 25 baş iribuynuzlu heyvanı ələ keçirib və pulunu ödəyəcəyi ilə bağlı yalan vədlər verib.

Bu kimi dələduzluq əməlləri ilə o, vətəndaşa 26 min manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR