Bank Of Baku

Qaxda ev yanıb

Qaxda ev yanıb
# 07 sentyabr 2022 09:45 (UTC +04:00)

Qaxda fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 04 radələrində rayonun Şotovar kəndində, kənd sakini Xəyyam Şahmalıyevə məxsus, ümumi sahəsi 200 kv/m olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR