Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Şəki-Qax avtomobil yolunun 29-cu kilometrliyində baş verib.
Qax rayonu Almalı kənd sakini, 2003-cü il təvəllüdlü Şamo Şəfizadənin idarə etdiyi "Merceds-Benz" və "VAZ-2107" markalı minik avtomobillərinin toqquşması zamanı Qax rayon Lələpaşa kənd sakinləri - 1965-ci il təvəllüdlü Əzizxanova Məlahət Ziyəddin qızı, 1989-cu il təvəllüdlü Əzizxanov Elşən Sərvər oğlu, 2015-ci il təvəllüdlü Əzizxanlı Sərvər Elşən oğlu və rayonun Zəyəm kənd sakini 1990-cı il təvəllüdlü Cumalıyeva Nübar Saleh qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar təcili tibbi yardım avtomobili ilə Qax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.