Bank Of Baku

Qaxda meşədə itkin düşən şəxsin axtarışları davam etdirilir - VİDEO

Qaxda meşədə itkin düşən şəxsin axtarışları davam etdirilir - VİDEO
# 27 iyul 2023 10:14 (UTC +04:00)

Qax rayonunda dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşın axtarışları davam etdirilir.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi ilə əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub.

Hazırda vətəndaşın itkin düşdüyü ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Əlavə məlumat veriləcək. FHN əməliyyat tədbirləri ilə bağlı video görüntü də yayıb.

Qeyd edək ki, FHN-in “112” qaynar telefon xəttinə Qax rayonunun Sarıbaş kəndi istiqamətində dağlıq-meşəlik ərazidə Qax rayon İlisu kənd sakini, 1993-cü il təvəllüdlü Kamallı Rəhman Sədrəddin oğlunun itkin düşməsi barədə məlumat daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR