Bank Of Baku

Qaxda toyda bıçaqlanma olub, bəy tutulub - YENİLƏNİB

Qaxda toyda bıçaqlanma olub, bəy tutulub - YENİLƏNİB
# 26 iyul 2023 11:35 (UTC +04:00)

Qaxda baş verən bıçaqlanma hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.

APA-nın əldə etdiyi xəbərə görə, hadisə rayon ərazisində yerləşən şadlıq evlərinin birində keçirilən toyda qeydə alınıb.

Gədəbəy rayon sakini olan 2002-ci il təvəllüdlü Ariz Əhmədov ailə qurduğu qızın toy mərasimində iştirak etmək üçün Qax şəhərinə gəlib. Toyun sonuna yaxın onunla Qax rayon sakini Yamən Şıxəmirli arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Ariz Əhmədov bıçaqla 1998-ci il təvəllüdlü Yamən Şıxamirlini vurub.

Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, Ariz Əhmədov və Yamən Şıxamirli Vətən müharibəsinin iştirakçıları olub.

***

11.21

Qax rayon sakini, 1998-ci il təvəllüdlü Yamən Şıxəmirlinin kəsilmiş -deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, Y.Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Gədəbəy rayon sakini, 2002-ci il təvəllüdlü Ariz Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq Elçin

Vüqar Heydərov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR