Bank Of Baku

Qazaxda kafe sahibi bıçaqlanıb - YENİLƏNİB

Qazaxda kafe sahibi bıçaqlanıb - YENİLƏNİB
# 11 avqust 2023 08:46 (UTC +04:00)

Qazaxda baş verən bıçaqlanmanın bəzi təfərrüatları məlum olub olub.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlanan Sənan Omarov kafe sahibidir.

Hadisə hesab üstündə baş verib.

Kafeyə gələn müştəri Əfqan Əliyev yeyib-içdikdən sonra hesaba görəə kafe sahibini bıçaqlayıb.

***

Saat 08:38

Qazaxda bıçaqlanama hadisəsi baş verib.

APA xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Qeyd olunub ki, Qazax Rayon Polis Şöbəsinə rayonun Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarovun sinə nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

"Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, S. Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə baş inspektor bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR