Bank Of Baku

Qəbələdə 2 avtomobil toqquşub, sürücülər ölüb

Qəbələdə 2 avtomobil toqquşub, sürücülər ölüb
# 15 iyul 2023 09:58 (UTC +04:00)

Qəbələdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA -nin Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayonun Nohurqışlaq kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə hər iki nəqliyyat vasitəsinin sürücüləri 1966-cı il təvəllüdlü Akif Qara oğlu Abdurrəhmanov və 1988-ci il təvəllüdlü Anar Vüqar oğlu Nəsrullayev aldıqları ağır bədən xəsarətləri nəticəsində hadisə yerində keçiniblər.

DİN- in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, 2 nəfərin ölümü ilə nəticələnən yol- nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR