Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Qəbələ şəhərində, Qəbələ-Şəki yolunda qeydə alınıb.
“Mercedes” markalı avtomobil yolu keçən 1974-cü il təvəllüdlü Gülbahar Quliyevanı vurub. Qadın müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.