Bank Of Baku

Qəbələdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Qəbələdə iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
# 28 iyul 2023 20:48 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16 radələrində Qəbələ şəhəri ərazisində “VAZ-21011” və “VAZ-2106” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 5 nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Fariz Qasımzadə, 1984-cü il təvəllüdlü Niyaməddin Şərifov, 2005-ci il təvəllüdlü Kənan Mahmudov, 2004-cü il təvəllüdlü Fuad Mahmudov və bir yetkinlik yaşına çatmayan şəxs xəsarət alıblar.

Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

19.09

Qəbələdə iki avtomobil toqquşub.

APA-Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən hadisə nəticəsində "VAZ-21011" markalı avtomobil "VAZ-2106" ilə toqquşub. Qəza nəticəsində beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. Əlavə məlumat veriləcək.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR