Bank Of Baku

Qəbələdə zəlzələnin maqnitudası 3.3 olub - YENİLƏNİB

Qəbələdə zəlzələnin maqnitudası 3.3 olub - YENİLƏNİB
# 21 iyul 2023 21:51 (UTC +04:00)

Qəbələdə baş verən zəlzələnin maqnitudası 3.3 olub.

Bu barədə Seysmoloji Xidmət Mərkəzindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:17-də Qəbələ stansiyasından 20 km şimalda, Qəbələ rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ 3 bala qədər hiss olunub.

Mərkəzdən o da bildirilib ki, episentr Yer səthinə yaxın olduğuna görə zəlzələ hiss olunub.

***

21.24

Qəbələdə zəlzələ baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, saat 21.20 radələrində yüngül silkələnmə hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR