Bank Of Baku

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
# 23 aprel 2023 08:49 (UTC +04:00)

Aprelin 23-ü saat 01 radələrində Biləsuvar rayon sakini 1986-ci il təvəllüdlü Vüsal İlhamlının üzərində xəsarət izləri olan meyitinin Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Biləsuvar rayon prokurorluğunundan APA-ya bildirilib ki, ilkin araşdırma zamanı 1993-cü il təvəllüdlü Rüfət Əlizadənin Biləsuvar rayonunun Aşağı Cürəli kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Vüsal İlhamlıya xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rüfət Əlizadə iş üzrə şübhəli şəxs qismində saxlanılıb.

İbtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR