Bank Of Baku

Qobustanda avtomobil qəzasında 2 nəfər ölüb - YENİLƏNİB

Qobustanda avtomobil qəzasında 2 nəfər ölüb - YENİLƏNİB
# 11 iyul 2023 23:25 (UTC +04:00)

Qobustanda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Qobustan rayonunun Şıxzahırlı ərazisində "Mercedes" markalı avtomobilin sürücüsü, 1985-ci il təvəllüdlü Cavid Mürsəliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildəki sərnişin 1988-ci il təvəllüdlü Cavid Həmzəyev aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

***

21.09

Qobustan rayonunun Cəngi kəndində avtomobil qəzası baş verib.

APA-nın Şirvan bürosu xəbər verir ki, ilkin məlumatlara əsasən hadisədə iki nəfər dünyasını dəyişib, iki nəfər ağır yaralanıb.

İlham Əhmədov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR