Qubada sentyabrda baş verən qəzada xəsarət alan şəxs ölüb.
APA xəbər verir ki, Bakı-Quba yolunda sentyabrın 26-da baş verən qəzada xəsarət alan Ceyhun Yusifov dekabrın 14-də müalicə olunduğu xəstəxanada vəfat edib.
Qeyd edək ki, sentyabrın 26-sı saat 20 radələrində Bakı-Quba yolunun 174-cü kilometrliyində, Ağbil kəndinin ərazisində kənd sakini Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı avtomobili ağaca vurub. C.Yusifov və sərnişini 2001-ci il təvəllüdlü Asim Qafarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.