Bank Of Baku

Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Qubada avtomobil dirəyə çırpılıb, xəsarət alan var
# 20 iyul 2026 19:42 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonu, Quba-Nügədi yolunda yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, “VAZ” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2002-ci il təvəllüdlü Qədirov Mətləb Bəxtiyar oğlu xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR