Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şimal bürosunun məlumatına görə, qəza Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"VAZ-2106" və "Toyota Prado" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
TƏBİB-dən APA-ya verilən məlumata görə, Quba rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2008-ci il təvəllüdlü (kişi) şəxs 7 oktyabr tarixində saat 15:00 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona müştərək travma, qarın və döş qəfəsinin küt travması, qapalı kəllə-beyin travması, baş beynin silkələnməsi diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Hadisə nəticəsində 1 nəfərin (kişi) həkimə qədər ölum faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsinə təhvil verilib.