Paşha Bank
Bank Of Baku

İzmir Böyük Şəhər Bələdiyyəsinin sədri AK Partiyaya qoşulub

Cəmil Tuqay

© APA | Cəmil Tuqay

# 07 oktyabr 2026 13:35 (UTC +04:00)

İzmir Böyük Şəhər Bələdiyyəsinin sədri Cəmil Tuqay bu gün AK Partiyaya qoşulub.

APA xəbər verir ki, Tuqay partiya döş nişanını AK Partiyanın qərargahında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qəbul edib.

Qeyd edək ki, AK Partiya qurulduğu gündən bəri seçki qutusunda heç vaxt İzmir Böyükşəhər Bələdiyyəsini qazana bilməyib.

Xatırladaq ki, Ankara Məhkəməsinin qərarına əsasən CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Qərara görə, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

Cəmil Tuqay bundan sonra CHP-dən istefa verib və müstəqil şəkildə yoluna davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR