Paşha Bank
Bank Of Baku

Bakıda 50 yaşlı qadın qətlə yetirilib, meyiti Qusarda meşəyə atılıb

Bakıda 50 yaşlı qadın qətlə yetirilib, meyiti Qusarda meşəyə atılıb
# 24 sentyabr 2026 14:50 (UTC +04:00)

Qusar rayonunda meşədə meyit tapılıb.

APA xəbər verir ki, sentyabrın 23-də Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Səadət Həsənovanın bıçaqla kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkarlanıb.

Araşdırmalarla müəyyən edilib ki, sentyabrın 21-i Bakı şəhəri Xətai rayonunun ərazisində Əvəcuğ kənd sakini, əvvəllər məhkum olunmuş 1999-cu il təvəllüdlü Kamran Seyidov qısqanclıq zəminində tanışı S.Həsənovanı bıçaqla öldürüb. Daha sonra meyitini idarə etdiyi “Mercedes” markalı avtomobillə kəndin meşəlik ərazisinə gətirib.

K.Seyidov polis əməkdaşları tərəfindən tutulub.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR