Paşha Bank
Bank Of Baku

QMİ-də 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

QMİ-də 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
# 24 sentyabr 2026 14:54 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsində 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə çıxış edərək 27 Sentyabr – Anım Gününün Azərbaycan xalqının yaddaşında mühüm yer tutduğunu bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri müxtəlif dini konfessiyaların nümayəndələrinin Vətən müharibəsi günlərində və Zəfərdən sonrakı dövrdə həmrəylik nümayiş etdirdiklərini diqqətə çatdırıb.

Tədbirdə digər çıxış edənlər də 27 Sentyabr – Anım Gününün əhəmiyyətindən bəhs edib, Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyi vurğulayıblar.

Tədbirdə Azərbaycanın dini konfessiya rəhbərlərinin birgə bəyanatı səsləndirilib.

Sonda şəhidlərin xatirəsinə ehsan verilib, bir qrup şəhid ailəsinin üzvünə və qazilərə "Quran" kitabı hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR