Bank Of Baku

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq qətlə yetirilib
# 22 mart 2026 22:51 (UTC +04:00)

Saatlıda qətl hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, Fətəlikənd kənd sakini, 1977-ci il təvəllüdlü Söhbətov Rizvan Məmmədağa oğlu mübahisə zəminində 1976-cı il təvəllüdlü Abdullayev Rövşən Sədyar oğluna bıçaqla xəsarət yetirib.

Ürək nahiyəsindən xəsarət alan R. Abdullayev Saatlı rayon mərkəzi xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR