Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan APA-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Saaatlı rayonunun Mustafabəyli kənd sakinləri Müqəddəs İsgəndərov, Balayaz və Qorxmaz Şəmmədov saxlanılıblar. Onlara məxsus fərdi yaşayış evlərinə keçirilən baxış zamanı, M.İsgəndərovun həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 15 ədəd, Balayaz Şəmmədovun həyətyanı sahəsindən 14 ədəd və Qorxmaz Şəmmədovun həyətyanı sahəsində 6 ədəd çətənə bitkisi aşkarlanıb.
Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.
Saatlıda narkotik bitki becərən şəxslər saxlanılıb
© APA | Saatlı, narkotik
21 may 2021 15:30 (UTC +04:00)
Hadisə
Gəncədə məktəbli bıçaqlanıb - YENİLƏNİB
20:22
2 may 2024
Hər ay paket olaraq verilən 15 min manatı maaş kimi almışam - Naxçıvanın sabiq maliyyə nazirinin məhkəməsi
19:25
2 may 2024
Gürcüstanda azərbaycanlı iş adamını qətlə yetirən şəxs ömürlük azadlıqdan məhrum edilib
18:50
2 may 2024
Təcridxanaya dolmanın içərisində narkotik keçirməyə cəhd edilib - FOTO
18:18
2 may 2024