Bank Of Baku

Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb
# 18 yanvar 2025 09:07 (UTC +04:00)

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Aslan Abuşov saxlanılıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun evinin zirzəmisindən 6 kiloqram marixuana aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı isə rayon sakini Allahyar Bədəlov saxlanılıb. Həmin şəxsdən isə satış məqsədilə əldə etsiyi marixuana və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR