Saatlıda qəza olub, ölən və yaralanan var

Saatlıda qəza olub, ölən və yaralanan var
# 30 sentyabr 2023 13:05 (UTC +04:00)

Sentyabrın 30-da saat 12 radələrində Saatlı rayonunun Qazanbatan kəndi ərazisində iki "VAZ" markalı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisə nəticəsində "VAZ-2107" markalı nəqliyyat vasitəsində olan sərnişin, 1986-ci il təvəllüdlü X.Ağayev vəfat edib, sürücü və digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR