Bank Of Baku

Sabirabad Mərkəzi Xəstəxanasının direktor müavini şantaj edilib, 15 min tələb ediblər - YENİLƏNİB

Sabirabad Mərkəzi Xəstəxanasının direktor müavini şantaj edilib, 15 min tələb ediblər - YENİLƏNİB
# 10 iyul 2023 09:19 (UTC +04:00)

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini olan bir nəfəri barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək ondan 15000 manat pul tələb edən iki nəfər - rayon sakinləri Azər Həsənov və Zamin Əmirov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxslər həmyerlilərini barəsində rüsvayedici məlumatlar paylaşacaqları ilə hədələyərək əvvəlcə ondan 30000 manat pul tələb ediblər. Daha sonra 15000 manat müqabilində razılığa gələrək, iyun-iyul aylarında zərərçəkəndən 6100 manat pul alıblar.

Faktla əlaqədar A.Həsənov və Z.Əmirov barəsində Sabirabad RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Polis əməkdaşları bu şəxslərin digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Sabirabad RPŞ-yə müraciət etmələri xahiş olunur.

***

09:14

Sabirabad rayon Mərkəzi Xəstəxanasının direktor müavini şantaj edilib.

APA xəbər verir ki, 1986-cı il təvəllüdlü Azər Həsənov tanışı Zamin Əmirovla birlikdə Sabirabad rayon Mərkəzi Xəstəxanasının inzibati işlər üzrə direktor müavini Bayram Mikayılov barəsində rüsvayedici məlumatlar yaymaq adı ilə ondan 15 min manat pul tələb ediblər.

Direktor müavini iki dəfə ümumilikdə onlara 2500 manat pul verib. Sonuncu dəfə "Narşərab" restoranında 2600 manat verən zaman Azər Həsənov tanışı Zamin Əmirovla birgə polis əməkdaşları tərəfindən tutulublar.

Onlar barəsində cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR