Bank Of Baku

Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb

Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb
# 15 yanvar 2025 20:46 (UTC +04:00)

Sabirabadda 15 yaşlı yeniyetmə bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Osmanlı kəndində baş verib.

Aralarında yaranmış mübahisə zamanı Sabirabad rayonunun Osmanlı kənd sakini, 2009-cu il təvəllüdlü Bəybala Novruzov həmyaşıdı tərəfindən bıçaqlanıb.

Yeniyetmə sol budunun kəsilmiş-deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR