Bank Of Baku

Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb - YENİLƏNİB

Sabirabadda 16 yaşlı oğlanı və 12 yaşlı əkiz qardaşları cərəyan vuraraq öldürüb - YENİLƏNİB
# 31 iyul 2023 12:55 (UTC +04:00)

Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Sabirabad rayon prokurorluğundan APA-ya verilən məlumata görə, iyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.

Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

***

12.10

İyulun 31-də saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları – əkiz qardaşlar 2011-ci Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR