Bank Of Baku

Sabirabadda altıotaqlı evdə yanğın olub

Sabirabadda altıotaqlı evdə yanğın olub
# 19 iyul 2023 08:32 (UTC +04:00)

Sabirabad rayonunda altıotaqlı evdə yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, rayonunun Yenikənd kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 6 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 28 m² sahədə, dam örtüyünün taxta atmaları 80 m² sahədə yanıb, yüksək temperaturdan şiferdən ibarət dam örtüyü dağılıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə məlumatda bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR