Bank Of Baku

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşıb - FOTO - VİDEO

Sabirabadda şagirdləri daşıyan mikroavtobus aşıb - FOTO  - VİDEO
# 16 aprel 2026 18:51 (UTC +04:00)

Sabirabadda içərisində 7 şagird olan mikroavtobus aşıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Osmanlı kəndində baş verib.

Şirvandan hazırlıq kursundan şagirdləri evlərinə aparan "Mercedes" markalı mikroavtobusun qarşısına heyvan çıxması nəticəsində yoldan çıxaraq aşdığı bildirilir.

7 şagird avtomobildən çıxarılıb. Məlumata görə, ciddi xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR