Bank Of Baku

Sabunçuda kafedə yanğın olub

Sabunçuda kafedə yanğın olub
# 22 yanvar 2025 19:03 (UTC +04:00)

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin dam örtüyünün taxta atmaları və lambirdən ibarət tavanı 60 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR