Bank Of Baku

Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb - VİDEO

Sabunçuda qanunsuz tikintinin qarşısı alınıb  - VİDEO
# 21 iyul 2023 12:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən APA-ya verilən xəbərə görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaşa məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxılmaqla mansarda mərtəbəsinin tikintisinin həyata keçirildiyi müəyyən edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində layihədən kənara çıxılmaqla inşa olunan mansarda mərtəbəsinin tikintisi dayandırılıb və mərtəbə sökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR