Bank Of Baku

Şahbuzda baş verən yanğın söndürülüb

Şahbuzda baş verən yanğın söndürülüb
# 28 iyul 2023 21:28 (UTC +04:00)

Şahbuz şəhərində baş verən yanğın söndürülüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şahbuz şəhərində həyatyanı sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR