İyulun 14-də günorta saatlarında Salyan Rayon Polis Şöbəsinə rayonun Aşağı Kürkənd kənd sakini, Salyan rayonu Elektrik Şəbəkəsində fəhlə işləyən Elnur Kazımovun rayonun Şorsulu kəndi ərazisində işləyən zaman cərəyan vurması nəticəsində vəfat etməsi barədə məlumat daxil olub.
APA-nın yerli bürosunun xəbərinə görə, daxil olan məlumatla əlaqədar polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunublar.
Faktla bağlı araşdırmalar aparılır.