Bank Of Baku

Salyanda maşının kanala aşması nəticəsində ölənlərin kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Salyanda maşının kanala aşması nəticəsində ölənlərin kimliyi məlum olub  - FOTO  - VİDEO  - YENİLƏNİB
# 30 yanvar 2025 00:27 (UTC +04:00)

Salyanda minik maşınının kanala aşması nəticəsində ölən 4 nəfərin kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə nəticəsində Dayıkənd kənd sakinləri 1990-cı il təvəllüdlü İsmayılova Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.

Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.

***
23:41

Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.

Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR