Salyanda yol kənarında tapılan meyitin şəxsiyyəti müəyyənləşib.
APA xəbər verir ki, ötən gün rayon sakini, 1981-ci il təvəllüdlü Məmməd Ələsgərov idarə etdiyi "Merdeces Benz Viano" markalı avtomobillə Arbatan kəndi ərazisində idarəetməni itirərək yol kənarında olan 1974-cü il təvəllüdlü İsmayıl İsayevi vuraraq hadisə yerindən yayınıb.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Məmməd Ələsgərov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.