Bank Of Baku

Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Şamaxıda 18 yaşlı sürücü qəza törədib, ölən və xəsarət alanlar var - YENİLƏNİB
# 22 iyul 2023 11:33 (UTC +04:00)

Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 2005-ci il təvəllüdlü Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq sürücü orada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.

***

10.35

Şamaxıda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, 2005-ci il təvəllüdlü Fərhad Quliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə idarəetməni itirərək qəza törədib.

Nəticədə sürücü ölüb, avtomobildə olan 3 nəfər xəsarət alıb.

Faktla bağlı cinayət işi başlayıb.

Əbülfət Baxşəli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR