Bank Of Baku

Şamaxıda kafedə qumarxana aşkarlanıb, 5 nəfər saxlanılıb

Şamaxıda kafedə qumarxana aşkarlanıb, 5 nəfər saxlanılıb
# 08 fevral 2025 11:37 (UTC +04:00)

Şamaxıda qumarxana aşkarlanıb.

APA-nın Şirvan bürosu xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinə rayonun Sabir qəsəbəsində yerləşən kafelərin birində qanunsuz pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Görülən tədbirlərlə həmin obyektdə qumar oyunları oynayan E. Allahverdiyev, Z. Nəsibov, T. Pənahov və Ə. Quliyev, eləcə də obyektin sahibi N. Məlikov saxlanılıblar.

Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR