Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin dəmir yolu vağzalı adalan ərazisində qeydə alınıb.
Samux sakini, 1985-ci il təvəllüdlü Məqsəd Huseynov qarnının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.