Bank Of Baku

Samuxda 17 yaşlı qız Kürdə batıb - YENİLƏNİB-2

Samuxda 17 yaşlı qız Kürdə batıb  - YENİLƏNİB-2
# 09 avqust 2026 19:51 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Yenikənd kəndində kanalda 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2009-cu il təvəllüdlü Məmmədova Gülnaz Elçin qızının batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***

18:07

Samux rayon ərazisində Kür çayında batan şəxsin kimliyi açıqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, batan şəxs 17 yaşlı G.Məmmədovadı.

***

17:17

Samux rayon ərazisində 1 nəfər Kür çayında batıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Kür çayının rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Kür çayında bir nəfər boğulub. Hazırda hadisə yerinə FHN xilasediciləri cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR