Bank Of Baku

Şəkidə 17 gün əvvəl itkin düşən qadın tapılıb

Şəkidə 17 gün əvvəl itkin düşən qadın tapılıb
# 27 aprel 2023 16:08 (UTC +04:00)

Aprelin 15-də itkin düşən Şəki rayon sakini tapılıb.

APA-nın xəbərinə görə, rayonun Zunud kəndində yaşadığı ünvanı tərk edərək Bakı şəhərinə gedən Məmmədova Tünzalə Etibar qızı özü polisə gəlib.

Məlumatı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və geri qayıtmayıb. Onunla bağlı axtarış elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR