Bank Of Baku

Şəkidə 3 gün əvvəl yol qəzasında xəsarət alan 75 yaşlı kişi ölüb

Şəkidə 3 gün əvvəl yol qəzasında xəsarət alan 75 yaşlı kişi ölüb
# 09 fevral 2024 10:39 (UTC +04:00)

Şəkidə üç gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, 1949-cu il təvəllüdlü, Şəki rayonu Qoxmuq kənd sakini Çingiz Kamal oğlu Səmədov Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 6-da Şəki-Qax avtomobil yolunda "Mercedes" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər xəsarət almışdı.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR