Bank Of Baku

Şəkidə 75 yaşlı kişini avtomobil vurub öldürüb

Şəkidə 75 yaşlı kişini avtomobil vurub öldürüb
# 29 iyun 2025 21:40 (UTC +04:00)

Şəkidə bir nəfərin ölümü ilə nəcələnən yol-nəqliyyat hadisəsi baş verib

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə saat 17 radələrində Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində baş verib.

Belə ki, Azad Abdullayev idarə etdiyi “Mercedes” markalı avtomobillə piyada 1950-ci il təvəllüdlü Fəxrəddin Beybudovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başladılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR