Bank Of Baku

Şəkidə qəzaya düşən qohumuna köməyə gedən sürücü özü yol qəzasında ölüb - YENİLƏNİB

Şəkidə qəzaya düşən qohumuna köməyə gedən sürücü özü yol qəzasında ölüb - YENİLƏNİB
# 27 aprel 2023 10:53 (UTC +04:00)

Şəkidə qəzaya düşən yaxın qohumunun köməyinə gedən sürücü özü yol qəzasında ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, ötən gün axşam saatlarında Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Rayonun Qudula kənd sakini Telman İsaqovun idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili rayonun Çələbixan qəsəbəsi ərazisində idarəetməni itirərək aşıb. Telman İsaqovun qohumu Vüqar Mülayimov yeznəsinin arxasınca qəza baş verən əraziyə gedərkən özü qəzaya düşüb və həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov APA-ya bildirib ki, bir nəfərin ölümü və iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisələri ilə əlaqədar araşdırma aparılır.

***

08.53

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, 1982-ci il təvəllüdlü Vüqar Mülayimov idarə etdiyi "Opel Zafira" markalı avtomobillə Şəki rayonu ərazisində hərəkət edən zaman idarəetməni itirirək yolun kənarında ağaca çırpılıb. Nəticədə avtomobil aşıb, sürücü hadisə yerində ölüb.

Araşdırma aparılır.

Vüqar Heydərov

Səlcuq Elçin

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR