Şəkidə minik avtomobili aşıb, xəsarət alanlar var.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Küngüt kəndində olub.
Şəki rayon sakininin idarə etdiyi “Opel-Astra” marakalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər, rayonun Baş Küngüt kənd sakinləri - 1998-ci il təvəllüdlü Elşən Ramazan oğlu Hacıəhmədov və həmyaşıdı Aqil Əyyub oğlu Əhmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.