Bank Of Baku

Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB
# 15 iyul 2023 16:20 (UTC +04:00)

Şəkidə yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar bir ailənin üzvləridir. Xəsarət alanlar Günay Abdullayeva, Rəqsanə Abdullayeva və azyaşlı Fuad Abdullayevdir.

***

13:01

Şəkidə minik avtomobili aşıb, biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Biləcik kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki rayon Qoxmuq kənd sakini İlqar Abdullayevin idarə etdiyi "Hyundai Santa Fe" markalı avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtomobildə sərnişin qismində olan biri azyaşlı olmaqla üç nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Hazırda yaralıların müayinəsi aparılır, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR