Bank Of Baku

Şəkidə zəncirvari yol qəzası olub, xəsarət alan var

Şəkidə zəncirvari yol qəzası olub, xəsarət alan var
# 22 aprel 2023 11:23 (UTC +04:00)

Şəkidə zəncirvari yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, bu gün səhər saat 09:35 radələrində Şəki şəhəri M.Müşfiq küçəsində 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Piyada xəstəxanaya yerləşdirilib və hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR