Şəmkirdə elektik cərəyanın vurduğu şəxs xəstəxanada ölüb.
APA-nın yerli bürosunun məlumatına görə, ölən şəxs 1963-cü il təvəllüdlü Oruc Məmmədovdur.
***
Saat 21:42
Şəmkirdə bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Cəfər Cabbarlı kəndində qeydə alınıb.
Kənd sakini, orta yaşlı kişi müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Məlumata görə, həmin şəxsi cərəyan vurub.