Bank Of Baku

Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb

Şəmkirdə 35 yaşlı qadın abort zamanı ölüb
# 21 noyabr 2026 00:36 (UTC +04:00)

Şəmkirdə qadın abort zamanı ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Y. Əhmədova abort üçün xəstəxanaya müraciət edib. Qadın abort edilən zaman qəfil halı pisləşib.

Qadına tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Qadının meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib.

Qeyd edək ki, bu, qadının 3-cü hamiləliyi olub. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR